Azərbaycanda çay istehsalı 15 %-dən çox azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 2 min 458,8 ton çay istehsal edilib.
Faktor.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,2 % azdır.
Aprelin 1-nə ölkədə 47,7 ton hazır məhsul ehtiyatı olub ki, bu da 1 il əvvələ nisbətən 12,8 % azdır.
Xatırladaq ki, 3 ayda Azərbaycanda 1 milyard 395,4 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,2 % çoxdur.


