“Vergi inzibatçılığının diaqnostik qiymətləndirmə aləti” üzrə təlim keçirilib

Hit: 152
“Vergi inzibatçılığının diaqnostik qiymətləndirmə aləti” üzrə təlim keçirilib
Beynəlxalq Valyuta Fondu (BVF) Dövlət Vergi Xidmətinin əməkdaşları üçün Fondun "Vergi inzibatçılığının diaqnostik qiymətləndirmə aləti (TADAT)" əsasında daxili qiymətləndirmənin aparılmasına hazırlıq məqsədilə təlim keçirib. Təlimdə BVF-nin Maliyyə Məsələləri Departamentinin gəlirlərin idarə edilməsi üzrə eksperti Stiven Vesperman, gəlirlər üzrə məsləhətçisi Torsten Kumberlend Yakobsen və texniki yardım üzrə məsləhətçisi Samira Xan təlimçi qismində çıxış ediblər.
 
Təlim zamanı TADAT vasitəsilə müxtəlif ölkələrin vergi inzibatçılığı sisteminin obyektiv diaqnostikasının aparılması haqqında məlumat verilib. Müzakirələr vergi ödəyicilərinin qeydiyyat bazasının dəqiqliyi, risklərin idarə edilməsi sisteminin effektivliyi, könüllü vergi əməletməsinin dəstəklənməsi, vergi bəyannamələrinin vaxtında təqdim olunması, vergilərin vaxtında ödənilməsi, bəyannamələrdə olan məlumatların dəqiqliyi, vergi mübahisələrinin səmərəli həlli, gəlirlərin səmərəli idarə olunması, hesabatlılıq və şəffaflıq üzrə 9 sahəni əhatə edib.
 
TADAT metodologiyası inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin vergi orqanları tərəfindən istifadə olunur. Bu qiymətləndirmə aləti vergi orqanlarında inzibatçılıq tədbirlərinin güclü və zəif tərəflərinin müəyyənləşdirilməsi, həyata keçirilməsi ardıcıllığı da daxil olmaqla islahat gündəliyinin hazırlanması, xarici təcrübədən istifadə üzrə koordinasiyanın asanlaşdırılması, ardıcıl təkrar qiymətləndirmələrin aparılması ilə islahatlar prosesinə nəzarət və qiymətləndirmə kimi faydalara malikdir.








Redaktorun seçimi