İxracla bağlı çətinliklərin aradan qaldırılması gözlənilir

Hazırda gömrük orqanları ölkədən elektron ticarət vasitəsilə ixrac olunan məhsullarla bağlı gömrük prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər aparır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə bu gün keçirilən Dövlət Gömrük Komitəsinin və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə media nümayəndələri üçün “Rəqəmsal gömrük və media” mövzusunda seminarda məlumat verilib.
Seminarda qeyd olunub ki, yerli sahibkarların istehsal etdiyi məhsulların xarici bazarlara çıxışını asanlaşdırmaq məqsədilə gömrük prosedurlarının həm texniki, həm də hüquqi baxımdan sadələşdirilməsi istiqamətində tədbirlər görülür. Mövzu ilə əlaqədar qanunvericilikdə dəyişikliklərin edilməsi də gündəmdədir. Müvafiq dövlət qurumları ilə razılaşdırıldıqdan sonra bu sahədəki çətinliklərin aradan qaldırılması gözlənilir.


