4SİM auditor seçib

Hit: 215
4SİM auditor seçib
İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.
 
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 38 manatdır.
 
Iddiaçılar təkliflərini mayın 12-nə qədər 4SİM-in yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, 194 ünvanına təqdim edə bilərlər.
 
Təkliflərə mayın 12-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
 
Ötən il bu tenderin qalibi "SR Audit Solutions" MMC olub. Şirkətə 8 min manat ödənilib.








Redaktorun seçimi