ASCO nümayəndələri Milli Biznesin İnkişafı Forumunda iştirak ediblər

Hit: 240
ASCO nümayəndələri Milli Biznesin İnkişafı Forumunda iştirak ediblər
“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası keçirilib.
 
Sessiya Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun çərçivəsində təşkil olunub və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə baş tutub.
 
Azərbaycanın aparıcı dövlət qurumlarının rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilən forumda "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) İstismar-kommersiya departamentinin rəisi Ruslan Qurbanov və İstismar-kommersiya departamentinin Tanker qrupunun rəhbəri Aqşin Muxtarov da iştirak ediblər.
 
Forumda nəqliyyat infrastrukturunun inkişafına dair sual və təkliflər müzakirə edilib, bu sahədə həyata keçirilən layihələr, cümlədən ölkənin tranzit potensialının artırılması və Avrasiyanın nəqliyyat qovşağına çevrilməsi istiqamətində görülən işlər, dekarbonizasiya, rəqəmsallaşdırılma kimi vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
Tədbirin sonunda Milli Biznesin İnkişafı Forumunun gedişatına göstərilən dəstəyə görə “Caspian Energy Club” tərəfindən ASCO-ya “Təşəkkürnamə” təqdim olunub.








Redaktorun seçimi