Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon manatı ötüb

Cari ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz artaraq 9 milyon 173 min 600 manat olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, xidmətlərin 46,3 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb.
Bu ilin birinci rübündə muxtar respublikada nəqliyyat sektorunda isə 1 milyon 650 min ton yük, 11 milyon 192 min 200 sərnişin daşınıb. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 1,0 faiz artıb.


