ARDNF I rübdə qızıla investisiyalarını kəskin artırıb

Hit: 391
ARDNF I rübdə qızıla investisiyalarını kəskin artırıb
Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin 25,8 %-i qızılın payına düşüb.
 
Bu barədə Faktor.az Fonda istinadən xəbər verir. Ötən ilin eyni dövründə bu göstərici 13,2 % təşkil edib.
 
Beləliklə, qızılın portfeldəki xüsusi çəkisi 2 dəfəyə yaxın artıb.
 
Qeyd edək ki, bu il aprelin 1-nə ARDNF-in investisiya portfelinin dəyəri 62 milyard 449,5 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 408,4 milyon ABŞ dolları və yaxud 9,5 % çoxdur.








Redaktorun seçimi