Naxçıvanda əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb

Hit: 233
Naxçıvanda əsas kapitala yönəldilən vəsaitin həcmi açıqlanıb
2025-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 43 milyon manatdan çox vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricini 42,3 faiz üstələyir.
 
Muxtar respublikanın Dövlət Statistika Komitəsinin məlumatına görə, əsas kapitala vəsait qoyuluşunun 29,8 milyon manatdan çoxu və ya 69,3 faizi tikinti-quraşdırma işlərinin payına düşüb. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz çoxdur.








Redaktorun seçimi