Hacıqabul Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında investisiya həcmi 183 milyon manatdan çox olan 12 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
Sahibkarlar tərəfindən Sənaye Parkına 59 milyon manatdan çox investisiya yatırılıb, 360-dan artıq daimi iş yeri yaradılıb.
Növbəti mərhələdə mövcud layihələr üzrə Parka əlavə olaraq 124 milyon manatdan çox investisiyanın yatırılması, 1400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
İndiyədək Sənaye Parkında 280 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 4 milyon manatlıq hissəsi ixracın payına düşür.


