Çindən Azərbaycana yönələn investisiyaların həcmi - 942 milyon ABŞ dollarına çatıb

Hit: 226
Çindən Azərbaycana yönələn investisiyaların həcmi - 942 milyon ABŞ dollarına çatıb
Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır. Bu barədə aprelin 16-da Bakıda keçirilmiş Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının 10-cu iclasında bildirilib.
 
Məlumata görə, iki ölkə arasında ticarət dövriyyəsinin artım meyili ötən il 21 faiz (3,7 milyard dollar) təşkil edib. Bu ilin ilk üç ayı üzrə də müsbət dinamika qorunaraq qarşılıqlı ticarət həcmi 37 faizdən (1,02 milyard dollar) artıq yüksəlib. Azərbaycan xüsusilə kənd təsərrüfatı və qida məhsullarının Çinə ixracını genişləndirməkdə maraqlı olduğunu bir daha bəyan edib.
 
Sənaye, neft-qaz, neft-kimya, yaşıl energetika, yüksək texnologiyalar, innovasiyalar və kosmik sahələrdə investisiya əməkdaşlığında müşahidə olunan müsbət dinamika da diqqətə çatdırılıb. Bildirilib ki, Çindən Azərbaycana yönələn investisiyaların həcmi 942 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2,1 milyard ABŞ dollarına yüksəlib.








Redaktorun seçimi