Azərbaycan Qazaxıstan taxılının tədarükünü artırıb

Hit: 233
Azərbaycan Qazaxıstan taxılının tədarükünü artırıb
2024-cü ilin sentyabrından 2025-ci ilin 13 aprelinədək Qazaxıstanın taxıl ixracının həcmi 7 milyon ton təşkil edib ki, bu da ötən kənd təsərrüfatı ilinin eyni dövrü ilə müqayisədə 35,2 faiz çoxdur.
 
Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, İran və Azərbaycan istiqamətlərində ixracda əhəmiyyətli artım qeydə alınıb. Belə ki, İrana tədarük 15,2 dəfə - 54 min tondan 825 min tonadək, Azərbaycana isə 99,4 dəfə - 5 min tondan 497 min tonadək artıb.
 
 
Əsas ixrac istiqamətləri Mərkəzi Asiya ölkələri olaraq qalır:
 
 
Özbəkistan - 2,6 milyon ton (+23,5 faiz),
 
Tacikistan - 1027 min ton (+33,7 faiz),
 
Əfqanıstan - 267 min ton (+26 faiz),
 
Qırğızıstan - 165 min ton (+49,7 faiz).








Redaktorun seçimi