Sahibkarlar “INNOPROM. Mərkəzi Asiya” sərgisinə dəvət olunurlar

28-30 aprel 2025-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “INNOPROM. Mərkəzi Asiya” beynəlxalq sənaye sərgisi keçiriləcək.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, maşınqayırma, informasiya texnologiyaları, metallurgiya, infrastruktur inkişafı və enerji həlləri kimi sektorları əhatə edəcək sərgidə Mərkəzi Asiya və Avrasiya regionundan dövlət qurumları, iri sənaye şirkətləri, iş adamları və ekspertlər iştirak edəcəklər.
Sərgidə iştirak etmək istəyən Azərbaycan sahibkarları bu link (https://tashkent.bigindustrialweek.com/) vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat:
E-mail: [email protected];
Tel.: (+99412) 598-01-47/48 (daxili - 3644)
Əlaqələndirici şəxs: Gülxas Nəsirova


