Naxçıvanda ümumi daxili məhsul istehsalı 344 milyon manatı ötüb

Hit: 225
Naxçıvanda ümumi daxili məhsul istehsalı 344 milyon manatı ötüb
Cari ilin yanvar-mart aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 344 milyon 310 min 200 manat olub.
 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən  bildirilib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Həmin dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 faiz artaraq 730,7 manat olub.








Redaktorun seçimi