Birinci rübdə pensiya ödənişlərinə 1 milyard 768 milyon manat vəsait yönəldilib

Bu ilin birinci rübündə pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (156 milyon manat) çox olmaqla 1 milyard 768 milyon manat vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Faktor.az-a verilən məlumata görə, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.
Birinci rübdə 13 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 150 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


