“PAŞA Holding”in dəstəyi ilə “Her IT Journey 3” layihəsi 2025-ci ildə davam edir

Hit: 222
“PAŞA Holding”in dəstəyi ilə “Her IT Journey 3” layihəsi 2025-ci ildə davam edir
Bir müddət öncə Safavy.org onlayn təhsil platforması tərəfindən təşkil edilən, eləcə də “PAŞA Holding” tərəfindən dəstək göstərilən “HER IT Journey 3” layihəsinin açılış tədbiri keçirilib.
 
Safavy.org onlayn təhsil platforması Azərbaycanda ilk videoəsaslı təhsil startapıdır və yalnız Azərbaycan dilində videodərslər istehsal etməkdən əlavə, eyni zamanda, ölkədə xanımların rəqəmsal bacarıqlarının artırılması istiqamətində bir sıra sosial layihələr icra edir. Sözügedən layihələrdən biri “Her IT Journey” layihəsidir. İlk 2 dalğada toplam 85 regionda yaşayan xanımlara informasiya texnologiyaları, UI\UX dizayn, Data analitika sahələri üzrə dərslər keçirilib. Layihənin əsas məqsədi ölkənin regionlarında yaşayan və ya paytaxta təhsil almaq üçün gələn xanımların rəqəmsal bacarıqlarını artırmaq, əmək bazarına inteqrasiyasını stimullaşdırmaq və karyera qurmaq istiqamətlərində yumşaq bacarıqların öyrədilməsindən ibarətdir.
 
Qadın sahibkarlığı mövzusu “PAŞA Holding”in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə “PAŞA Holding” və onun törəmə şirkətləri müxtəlif layihələr həyata keçirir ki, bura “AFAQ” layihəsi, “Ana Sahibkar”, “Woman Bazaar” layihələri daxildir. Qeyd edək ki, ötən il “PAŞA Holding” Azərbaycanın voleybol üzrə milli yığma komandasını da dəstəkləyib.








Redaktorun seçimi