Şirkətlər 3 mln. manatdan çox vəsaiti - "Bank Avrasiya"dan geri çəkiblər

Hit: 440
Şirkətlər 3 mln. manatdan çox vəsaiti - "Bank Avrasiya"dan geri çəkiblər
"Bank Avrasiya" ASC 2025-ci ilin I rübü üçün maliyyə hesabatını açıqlayıb.
 
Sözügedən dövrdə hüquqi şəxslərin depozitləri 2024-cü ilin sonu ilə müqayisədə 51.7%-dən çox azalaraq 3 mln. 171.20 min manata düşüb.
 
Ötən ilin sonunda bu rəqəm 6 mln. 567.11 min manat olub. 
 
Fiziki şəxslərin depozitləri də təxminən 3.96 % azalaraq 56 mln. 447.59 min manatdan 54 mln. 208.92 min manata düşüb.
 
Həmçinin sözügedən dövrdə bankın ümumi ehtiyatları da  2 mln. 243.95 min manatdan 2 mln. 117.14 min manata düşüb. 
 
Biznes kreditləri 62 mln. 479.99 min manatdan  59 mln. 196.53 min manata, daşınmaz əmlak kreditləri isə 59 mln. 176.95 min manatdan 57 mln. 329.90 min manata düşüb.
 
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz gəlirləri 3 mln. 599.01 min manatdan 3 mln. 961.44 min manata, qeyri-faiz gəlirləri isə 529.13 min manatdan 717.38 min manata yüksəlib. 
 
Bankın faiz xərclərində azalma qeydə alınsa da, qeyri-faiz xərclərində artım müşahidə olunub. Belə ki, bankın faiz xərcləri 605.76 min manata 574.36 min manata düşsə də, qeyri-faiz xərcləri 1 mln. 659.06 min manatdan 2 mln. 254.97 min manata yüksəlib. 
 
Qeyd edək ki, "Bank Avrasiya" (ASC) Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli 251 saylı "Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası" əsasında fəaliyyətə başlayıb.

Valyuta.Az








Redaktorun seçimi