Hesablama Palatası İğdır-Naxçıvan qaz kəməri layihəsini audit edib

Hit: 212
Hesablama Palatası İğdır-Naxçıvan qaz kəməri layihəsini audit edib
2024-cü ildə Hesablama Palatası İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsini audit edib.
 
“Report”un xəbərinə görə, bunu Palatanın sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
 
Onun sözlərinə görə, Hesablama Palatasının fəaliyyətində maraqlı tərəflərlə əməkdaşlıq mühüm yer tutur: “Hesabat ilində Azərbaycanın ev sahibliyi etdiyi nüfuzlu beynəlxalq tədbirə ali audit orqanı olaraq biz də qoşulmuş, “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə beynəlxalq həmkarlarımızla müzakirələr aparmışıq. İlk dəfə olaraq, Ali Audit Orqanlarının Asiya Təşkilatının (ASOSAI) İdarə Heyətinə üzv seçilmişik. Bundan əlavə, həmkar ali audit orqanı ilə paralel audit aparılıb, audit İğdır-Naxçıvan qaz kəmərinin tikintisi layihəsini əhatə edib”.








Redaktorun seçimi