Azərbaycan Mərkəzi Bankı yeni normativin tətbiqini planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) ötən il təsdiqlədiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində yeni normativin tətbiqini planlaşdırır.
"Report" xəbər verir ki, bunu qurumun sədrinin I müavini Əliyat Məmmədyarov bildirib.
Onun sözlərinə görə, bu normativ "xalis sabit maliyyələşmə nisbəti"dir.
"Hazırda bu istiqamətdə araşdırmalar aparılır. Bu tətbiq bank sektorunun sabit, uzunmüddətli maliyyələşməsinin təşviq edilməsinə, likvidlik mövqeyinin daha uzunmüddətli planlaşdırılmasına, bununla da likvidlik risklərini daha effektiv idarə edilməsinə xidmət edəcək", - deyə sədr müavini qeyd edib.


