"Yelo Bank"ın mənfəətində 2.9 mln.luq azalma var - HESABAT

2025-ci ilin I rübündə "Yelo Bank"ın xalis mənfəəti 11 mln. 199.62 min manat təşkil edib.
Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 20.71 % daha azdı. Ötən ilin eyni dövründə bu rəqəm 14 mln. 125.50 min manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın faiz və qeyri-faiz gəlirlərində də azalma qeydə alınıb. Belə ki, faiz gəlirləri təxminən 0.48 % azalaraq 40 mln. 984.21 min manatdan 40 mln. 789.15 min manata, qeyri-faiz gəlirləri isə təxminən 72.71 % azalaraq 15 mln. 084.65 min manatdan 4 mln. 113.57 min manata düşüb.
Bankın faiz xərcləri 12 mln. 121.75 min manatdan 13 mln. 105.43 min manata yüksəlsə də, qeyri-faiz xərcləri 4 mln. manatdan çox azalaraq 26 mln. 629.95 min manatdan 22 mln. 261.19 min manata düşüb.
Xalis əməliyyat mənfəəti də təxminən 42.15 % azalaraq 8 mln. 951.53 manata düşüb. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu göstərici 15 mln. 479.47 min manat olub.
Ötən ilin son rübü ilə müqayisədə isə bankın aktivləri 1 mlrd. 279 mln. 637.84 min manatdan 1 mlrd. 260 mln. 888.56 min manata düşüb.
Həmçinin bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitləri də 229 mln. 962.93 min manatdan 213 mln. 309.49 min manata düşüb.
Xatırladaq ki, 1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan "Yelo Bank" adına rebrending edilib.
Valyuta
Valyuta


