Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?

Hit: 200
Aqroparklarla bağlı yeni qərar bu sahənin inkişafına necə təsir edəcək?
Prezident İlham Əliyev aqroparkların fəaliyyətinin təşkili, idarə olunması və inkişafı sahəsində əlavə tədbirlər və bununla əlaqədar bəzi fərmanlarında və sərəncamında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, dövlət tərəfindən aqroparkların yaradılması və aqroparkların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tədbirləri həyata keçirmək səlahiyyəti İqtisadiyyat Nazirliyindən alınaraq Kənd Təsərrüfatı Nazirliyinə verilib. Aqroparkların Kənd Təsərrüfatı Nazirliyinin nəzarətinə verilməsi aqrar sektorun inkişafına necə təsir edə bilər?
 
Mövzu ilə bağlı Valyuta.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, kənd təsərrüfatı ilə məşğul olan bir mərkəzdən bu sahənin idarə edilməsi və aqro parkların yaradılaması daha məntiqli və doğrudur: “Aqrar sektorla kənd təsərrüfatı məşğul olmalı idi və bu fərmanla da sanki həmin məntiqə geri dönülür. Aqroparkların yaradılmasının Kənd Təsərrüfatı Nazirliyinə həvalə olunmasına səbəb budur. Ümid etmək olar ki, bu ciddi və müsbət nəticələrə gətirib çıxaracaq”.
 
Natiq Cəfərli əlavə edib ki, təkcə bununla kifaəytlənmək lazım deyil, bu sektorun inkişafı üçün daha dairəli getmək lazımdır: “Yaxşı olar ki, gələcəkdə dövlət proqramları vasitəsi ilə bu sahəyə dolayısı ilə dəstək olsun. Belə ki, aqrar sektorun yaradılmasına dövlət dəstək versin, amma özəl sektorun da iştirakçılığı olsun. Özəl sektor daha effektivdir. Çünki özəl sektor qoyduğu hər qəpiyin qədrini bilir. Çox zaman dövlət xərcləri qeyri-şəffaf xərclənir və bu da nəticəyə mənfi təsir edir. Amma bu qərar doğru qərardır, ona görə ki, aqrar sahə ilə Kənd Təsərrüfatı Nazirliyinin bir mərkəzdən məşğul olması, müəyyən effektivliyin artırılmasına səbəb ola bilər”.








Redaktorun seçimi