ADY-də yeni departament müdiri təyin edildi

Hit: 222
ADY-də yeni departament müdiri təyin edildi
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni kadr təyinatı həyata keçirilib.
 
Faktor.az ADY-yə istinadən xəbər verir ki, Turxan Əhmədov Kommunikasiya departamentinin müdiri vəzifəsinə təyin olunub.
 
O, Türkiyənin Gebze Texniki Universitetində "Biznes administrasiyası" (MBA) ixtisası üzrə magistr təhsili alıb. ABŞ-nin nüfuzlu Dyuk Universitetinin (Duke University) Fukua Biznes Məktəbində strateji rəhbərlik proqramını, Con Hopkins Universitetinin məlumat (data) elmi üzrə kursu uğurla tamamlayıb. Azərbaycan Dövlət İqtisad Universitetində MBA, İqtisadi və Strateji Marketinq üzrə təhsil alıb.








Redaktorun seçimi