“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası”na yeni rəhbər təyin edilib

“Azersun Holdinq”ə daxil olan “Xəyal Adası” MMC-yə (Dreamland) baş icraçı direktor (CEO) təyin edilib.
Faktor.az "Banker.az"a istinadən xəbər verir ki, şirkətin rəhbərliyinə Ömer Ülke təyin edilib.
O, 2023-cü il oktyabr ayından bu təyinata qədər “Hillside – Alarko Turizm Qrupu”nda Biznesin inkişafı və kommersiya direktoru kimi çalışıb.
Ömer Ülke 1997-2001-ci illərdə Bilkent Universitetində Turizm və Otel İdarəçiliyi üzrə, 2003-2005-ci illərdə isə Yeditepe Universitetində Marketinq və Biznesin İdarə Edilməsi üzrə təhsil alıb.


