Dövlət sərhədində sanitariya mühafizəsinin təşkili ilə bağlı müzakirələr aparılıb

Hit: 252
Dövlət sərhədində sanitariya mühafizəsinin təşkili ilə bağlı müzakirələr aparılıb
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi tərəfindən Birgə Xarici Qiymətləndirmə (JEE) tövsiyələrinə əsasən Erkən xəbərdarlıq və Cavab Sisteminin (EWAR) ölkəmizdə təkmilləşdirməsinə dəstək məqsədi ilə tədbir keçirilir.
 
ÜST ekspertlərinin qatıldığı tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov və rəis müavini Şahlar Mirqasım iştirak ediblər. Dəyirmi masada dövlət sərhədində sanitariya mühafizəsinin təşkili və bu sahədə Dövlət Gömrük Komitəsi tərəfindən görülən işlər barədə təqdimat nümayiş etdirilib.








Redaktorun seçimi