"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir

Hit: 232
"A-Qroup Sığorta"nın yığımları azalmaqda davam edir
Azərbaycanda daha çox tibbi sığorta üzrə ixtisaslaşmış "A-Qroup Sığorta" şirkətinin yığımları 2025-ci ilin yanvar-fevral aylarında azalmaqda davam edib. 
 
Valyuta.az xəbər verir ki, sığorta şirkəti bu ilin illk iki  ayında 2,97 milyon manat yığım əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 7% və ya 228 min manat azdır. 2024-cü ilin eyni dövründə şirkət 3,2 milyon manat sığorta haqqı toplaya bilmişdi. 
 
Yığımların azalması ilə paralel sığorta şirkəti müştərilərinə daha az ödəniş verməyə başlayıb. 
 
Belə ki,  "A-Qroup Sığorta"nın ödənişləri ilk iki ayda 26% və ya 576 min manat civarında azalaraq 1,65 milyon manata enib. Ötən ilin eyni dövründə bu rəqəm 2,23 milyon manat təşkil edib. 
 
Şirkətin zərərliliyi isə 70%-dən 56%-ə enib. Yəni, şirkət ötən ilin yanvar-fevral aylarında topladığı sığorta haqqının hər 100 manatından 70 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 56 manata kimi azalıb. 
 
Xatırladaq ki, “A-Qroup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 8 005 750 manatdır. Səhmlər 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.








Redaktorun seçimi