Azərbaycanın tanınmış iş adamları "Aqat Silver"-i ziyarət edib - FOTOLAR

Marsol Group partnyorları “Zəncəfil” restoranında təşkil olunan “İşgüzar Səhər Yeməyi”ndə bir araya gəlib.
Faktor.az xəbər verir ki, 30-dan çox sahibkar arasında ənənəvi olaraq maraqlı təqdimatlar aparılıb, yeni iş fürsətlərini qiymətləndirmək üçün şərait yaranıb. Bununla yanaşı, 6-cı "Yerli şirkətlərin tanıtım sərgisi" başda olmaqla Marsol Group-un gələcək planları ilə bağlı təqdimatlar baş tutub.
Görüşdə Azərbaycan Dövlət Reklam Agentliyinin media və kommunikasiya şöbəsinin rəhbəri İmmiyə Zamanova da iştirak edərək Agentliyin fəaliyyət istiqamətləri haqqında sahibkarları məlumatlandırıb.
Həmçinin, 2025-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə "Üzvlük" sertifikatı təqdim edilib.
Tədbirin sonunda iş adamlar "City Park Mall"da "Aqat Silver" mağazsını ziyarət ediblər. Mağazalar şəbəkəsinin rəhbəri Aslan Abbaszadə məlumat verib ki, mağazada hər bir bürcə uyğun olaraq təbii daşlar da var. Alınan bütün məhsullara 100 faiz və ömürlük zəmanət verilir. Təbii daş alan hər bir müştəriyə daşların xüsusiyyətləri və özəllikləri barədə resept təqdim edilir.
Qeyd edək ki, “AQAT – Silver” mağazalar şəbəkəsi 20 ildən çoxdur ki, fəaliyyət göstərir. Mağazada dünyanın 100-dən çox ölkəsindən gətirilmiş təbii-müalicəvi mineral daşlar mövcuddur.


