Bakıda orta əməkhaqqı 9 %-dən çox artıb

Hit: 234
Bakıda orta əməkhaqqı 9 %-dən çox artıb
Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 332,6 manat təşkil edib.
 
Bu barədə Faktor.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
 
Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar ayı ilinə nisbətən 9,2 % artıb.
 
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar ayına nisbətən 12,8 % artaraq 1 062,9 manat təşkil edib.








Redaktorun seçimi