DGK-nin xətti ilə büdcəyə daxilolmalar 3 %-ə yaxın azalıb

Hit: 327
DGK-nin xətti ilə büdcəyə daxilolmalar 3 %-ə yaxın azalıb
Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 milyard 430,5 milyon manat təşkil edib.
 
Faktor.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
 
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,4 milyon manat və yaxud 2,7 % azdır.
 
Xatırladaq ki, bu il DGK büdcəyə 6,6 milyard manat vəsait köçürməlidir. Beləliklə, rüb ərzində həmin məbləğin 21,7 %-i təmin olunub. 








Redaktorun seçimi