Ölkədəki ödəniş kartlarının sayı 20 milyonu ötüb

Hit: 167
Ölkədəki ödəniş kartlarının sayı 20 milyonu ötüb
Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı açıqlanıb.
 
Valyuta.Az xəbər verir ki, banklar və “Azərpoçt” MMC sistemləri üzrə fevral ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı  20 milyon 239
minə çatıb.
 
Məlumata əsasən, bu cari ilin ilk ayı ilə müqayisədə 273 min ədəd daha çoxdu.
 
2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 16.7% artım qeydə alınıb. Debet kartların sayında 19.2%, kredit kartlarının sayında isə 0.1% artım müşahidə olunub. 
 
Ötən ilin eyni dövrü ili müqayisədə nağdsız ödənişlərin həcmi təxminən 1.3 dəfə artıb. Belə ki, 2025-ci ilin fevralayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7 mlrd. 133 mln. manat təşkil edib. 
 
Mərkəzi Bankın məlumatına əsasən, bu ödənişlərin 6 mlrd. 210 mln.manatı elektron ticarətin payına düşüb.
 
Qalan məbləğin 918 mln. manatı POSterminallar, 3.3 mln. manatı isə özünə xidmət terminalları vasitəsiləhəyata keçirilib. 
 
Onu da qeyd edək ki, ilin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxiliəməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.5%-ni təşkil edib. 








Redaktorun seçimi