Rusiyanın nəhəng dərman istehsalçısı Azərbaycan bazarından çıxır

“Binnopharm Group”un Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunur.
Valyuta.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nəsimi rayonu, Ə. Hüseynzadə küçəsi, ev 71, mənzil 12A ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, “Binnofarm Qrupp” MMC 2022-ci ilin yanvarında dövlət qeydiyyatına alınıb. Nümayəndəliyin qanuni təmsilçisi Məhərrəmova Təranədir.
“Binnopharm Group” 2020-ci ildə yaradılıb və Rusiyanın ən böyük dərman istehsalçılarından biri hesab olunur. Şirkətin istehsal etdiyi dərmanlar dövlət tenderləri vasitəsilə alıcılara təqdim olunur, eyni zamanda pərakəndə satış şəbəkələrində yer alır və 14 ölkəyə ixrac edilir. 2021-ci ilin sonunda “Binnopharm Group” altı MDB ölkəsində, o cümlədən Azərbaycanda rəsmi nümayəndəliklər açaraq beynəlxalq mövqeyini gücləndirmişdi.
"Forbes" jurnalına görə isə 2024-cü il üçün Rusiyanın ən yaxşı əczaçılıq istehsalçıları arasında ikinci yerdə qərarlaşıb.


