Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Gəncə Gömrük İdarəsinin “Yevlax” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüşdə gömrük sistemində aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklərlə bağlı məlumat verilib, “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı” və digər layihələrin əhəmiyyəti sahibkarların diqqətinə çatdırılıb. Həmçinin mövzuya dair videoçarxlar nümayiş etdirilib.
Yekunda biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.


