Bu il xarici ticarətdə artım müşahidə olunub

Hit: 246
Bu il xarici ticarətdə artım müşahidə olunub
Yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 8 milyard 904,49 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb.
 
Dövlət Gömrük Komitəsindən (DGK) Faktor.az-a bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 23,2 faiz çoxdur.
 
Xarici ticarət dövriyyəsinin 4 milyard 766,47 milyon dollar ixracın, 4 milyard 138,02 milyon dollar isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,3 faiz azalıb, idxal isə 69,1 faiz artıb.
 
Son nəticədə xarici ticarətdə 628,45 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3,7 dəfə azdır.








Redaktorun seçimi