"Hökumətin hesabatında 50 minə yaxın rəqəm və göstərici var"

Hit: 327
"Hökumətin hesabatında 50 minə yaxın rəqəm və göstərici var"
Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti ilə bağlı hesabatda 50 minə yaxın rəqəm və statistik göstərici var.
 
"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov parlamentin bu gün keçirilən plenar iclasında - hesabatın təqdimatında bildirib.
 
"Nazirlər Kabimetinin strukturuna 33 dövlət orqanı daxil olsa da, hesabatın hazırlanmasında 62 dövlət qurumunun məlumatlarından istifadə edilib. Bu həm də hesabtın ölkəmiizn sosial-iqtisadi mənzərəsi əks etdirən mühüm dövlət sənədi olduğunu göstərir", - deyə deputat qeyd edib. 
 
Onun sözlərinə görə, son 5 ildə hökumətin hesabatı müxtəlif yeniliklərlə diqqəti cəlb edir.
 
A.Əmiraslanov həmçinin ötən ilin Azərbaycan üçün uğurlu olduğunu qeyd edib.








Redaktorun seçimi