Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib

Hit: 384
Xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib
“Poçt və ekspres daşımalar” gömrük postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
 
Tədbir gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr və yeni layihələr barədə sahibkarların məlumatlandırılması məqsədilə təşkil olunub.
 
Görüşdə “Rəqəmsal Gömrük Dəyəri”, “İkipilləli Buraxılış Sistemi”, “İlkin Məlumatlandırmada Daşıyıcıların Qeydiyyatı” və digər layihələrin əhəmiyyəti  qonaqların diqqətinə çatdırılıb.
 
Yekunda  biznes subyektlərinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.








Redaktorun seçimi