Rolls-Royce Motor Cars Black Badge Spectre: Markanın ən güclü və cəsur alter eqosu - FOTOLAR

Rolls-Royce Motor Cars, markanın həddən artıq gücləndirilmiş alter eqosu olan Black Badge Spectre-i təqdim edir. Cəsur xarici görünüş variantlarının, parlaq interyer detallarının və Bespoke fərdiləşdirməsinin innovativ imkanlarının debütünə əlavə olaraq, Black Badge Spectre dörd rəqəmli fırlanma anı (1075 Nm) və rekord güc 485 kVt (659 at gücü) verə bilir. Bu, Black Badge Spectre-i tarixdə ən güclü Rolls-Royce edir.
Hər cəhətdən, Black Badge Spectre – Rolls-Royce-un ən güclü və cəsarətli formasında təzahürüdür, bu da onun yaradıldığı və sifariş olunduğu cəsarətli şəxsiyyətlərin ruhunu mükəmməl şəkildə əks etdirir. Black Badge müştəriləri Rolls-Royce-da unikal bir yerə sahibdirlər – onlar öz uğurlarını ənənəvi zənginlik anlayışlarının çərçivələrindən çıxaraq və məhdudiyyətlərə boyun əyməyərək qururlar. Müştərilər ən zərif şəkildə yaradılmış məhsullar və güzəştsiz təəssüratlardan başqa heç nə qəbul etmirlər, lakin onların dünyasını, hekayəsini və cəsarətini əks etdirən dinamizm və qəti mövqe tələb edirlər.
Bu qədər güclü bir avtomobil yaratmaq qərarı, Black Badge müştərilərinin ali gözləntiləri ilə şərtləndi. Onların sərt tələbləri, Rolls-Royce-un Black Badge-in mahiyyətini dərindən dərk etməsinə əsaslanan, eyni dərəcədə heyranedici bir mühəndislik cavabını tələb etdi: təbii şəkildə intensiv, ani və mükəmməl dəqiq.
Bu fəlsəfənin müştərilərin avtomobillərindən real şəraitdə necə istifadə etdiklərini dəqiq əks etdirdiyinə əmin olmaq üçün Rolls-Royce sahiblərindən ibarət bir qrup mühəndislərə öz sürüş məlumatlarının anonimləşdirilmiş versiyasına çıxış imkanı verdi. Bu, transmissiya mütəxəssislərinə sükan arxasındakı davranışlarını yüz minlərlə mil ərzində dəqiq analiz etməyə imkan yaratdı. Araşdırmalar göstərdi ki, müştərilər avtomobilin maksimal gücündən uzunmüddətli deyil, qısa və güclü impulslarla istifadə edirlər. Bu kəşf, markanın yanaşmasını təsdiqləyən mühüm sübut oldu və indiyə qədər yaradılmış ən güclü Rolls-Royce-un dramatik və enerjili xarakteri ilə mükəmməl bir vəhdət təşkil etdi – cəsarətli müştəri qrupunun ruhuna uyğun olaraq incəliklə və dəqiqliklə işlənib hazırlanmış bir avtomobil.
Təsırlı Gücün Ahəngdar İstıfadəsi
Black Badge Spectre üçün gücün təsirli partlayışları konsepsiyası iki mühərrik yeniliyi sayəsində ən yüksək həddə çatdırılıb. Bu xüsusiyyətlər Rolls-Royce avtomobilləri üçün yenilik olsa da, onların tarixi bir analoqu mövcuddur.
Əfsanəvi Rolls-Royce Merlin mühərriki ilə təchiz edilmiş təyyarələrdə, o cümlədən Supermarine Spitfire-də, pilotlar qaz sektorundakı xüsusi keçid düyməsini basaraq qısa müddətli əlavə güc impulsu əldə edə bilirdilər. Möhkəm və etibarlı Merlin mühərriki bu ani güc artımlarını asanlıqla idarə edirdi. Bununla belə, pilotlar təhlükəsizlik tədbiri kimi, bu funksiyadan istifadə etdiklərini eniş zamanı aviasiya mühəndislərinə bildirməyə borclu idilər. Maraqlıdır ki, bu tələb bu gün Black Badge Spectre sürücülərinə şamil edilmir.
Bu konsepsiyanın ilk texnoloji yeniliyi Infinity Mode rejimidir – Black Badge Rolls-Royce-un rəmzi olan sonsuzluq işarəsinə ehtiram duruşu. Sükan üzərindəki ∞ düyməsinə basmaqla aktivləşdirilən bu rejim avtomobilin tam 485 kW (659 a.g.) gücünü açır və sürücüyə daha kəskin qaz pedalı reaksiyası təqdim edir. Bu rejim işə salındıqda, avtomobilin göstəriciləri onun xarakter dəyişikliyinə uyğun olaraq daha parlaq və dinamik olur.
Bundan əlavə, Black Badge Spectre Spirited Mode rejimi ilə təchiz edilib ki, bu da sürücüyə qısa, lakin inanılmaz dərəcədə güclü və ani bir sürətlənmə hissi yaşadır. Bu funksiyanı aktivləşdirmək üçün sürücü həm əyləci, həm də qaz pedalını eyni anda tam basmalı, avtomobilin hazır olduğunu bildirən haptik və vizual siqnalı gözləməli və sonra əyləci buraxmalıdır. Bu, fırlanma anını müvəqqəti olaraq 1075 Nm-ə qədər artırır və avtomobili güclü bir impulsla hərəkətə gətirərək 0-60 mph sürətlənməsini cəmi 4,1 saniyəyə çatdırır.
Black Badge Şassisinin Mühəndislik Həlli
Rolls-Royce şassi mütəxəssisləri Black Badge Spectre-in misilsiz gücünü idarə etməyə müştəriləri ruhlandırmaq üçün bir sıra mühüm dəyişikliklər ediblər.
Sükan çarxındakı müqavimət artırılıb, həmçinin gövdə yırğalanmasının stabilləşdirilməsi yenidən tənzimlənib. Bu, sükan idarəetməsində daha çox əks əlaqə yaradaraq, döngələrdə avtomobilin gövdə meylini minimuma endirir. Təkmilləşdirilmiş amortizatorlar isə avtomobilin hərəkət dinamikasına nəzarəti daha da gücləndirərək sürətlənmə və ya ləngimə zamanı ön və arxa hissənin əyilməsini azaldır.
Bu dəyişikliklər, Rolls-Royce-un məşhur "Magic Carpet Ride" (Sehrli Xalça Effekti) ilə assosiasiya olunan yumşaq və axıcı gedişini qoruyaraq, idarəetmədə artan hissiyyat və asanlıq arasında mükəmməl bir balans yaradır.
Gizli Müqavilə
Müştərilərimizlə apardığımız söhbətlər açıq şəkildə göstərdi ki, onlar bu avtomobilin rəsmi premyerasından xeyli əvvəl onun gəlişini səbirsizliklə gözləyirdilər. Onları Spectre modelini cəsarətli və qətiyyətli Black Badge prizmasından yenidən görmək arzusu vadar edirdi. Onların dəfələrlə səsləndirdiyi istəklərə cavab olaraq, Rolls-Royce seçilmiş bir qrup şəxsə bu avtomobili erkən əldə etmək imkanı yaratdı – lakin bir şərtlə: rəsmi təqdimata qədər sahibliyini məxfi saxlamaq. Bu eksklüziv və məxfi tanışlıq həmin şəxslərin ruhuna tam uyğun idi.
Məhz onlar üçün, avtomobilin rəsmi təqdimatından əvvəl məhdud sayda və xüsusi bir Black Badge Spectre partiyası sifariş edildi. Onların Black Badge Spectre modelinə göstərdiyi böyük maraq və bu avtomobilin onların obrazına uyğun cəsarətli təcəssümü Rolls-Royce tarixində ən güclü avtomobilin yaradılmasını təsdiqləyən güclü sübut oldu.
Qaranlıq estetika
Black Badge Spectre ilk dəfə olaraq Vapour Violet - 80-90-cı illərin klub mədəniyyətinin neon atmosferindən ilhamlanan dərin qara-bənövşəyi rəngdə dünyaya təqdim olunur. Bu, bir çox Black Badge müştərisinin sevimli motividir. Həmçinin, markanın təklif etdiyi 44.000 "prêt-à-porter" çalarlar palitrası ilə birləşdirilə bilən cəsarətli kontrast yaradan Iced Black rəngli kapot da təqdim olunur. Alternativ olaraq, müştərilər Rolls-Royce Bespoke dizaynerləri ilə əməkdaşlıq edərək, yalnız onlar üçün nəzərdə tutulmuş öz unikal Bespoke çalarını yarada bilərlər.
Black Badge Spectre həmçinin 23 düymlük, beş qollu, döymə alüminium disklərin yeni, təsirli dizaynını təqdim edir. Qismən cilalanmış və ya tamamilə qara rəngdə mövcud olan bu disklər, mürəkkəb həndəsəsi ilə bu avtomobilin gizli texniki mürəkkibliyinə və gücünə incə işarə vurur. Black Badge müştərilərinin getdikcə genişlənən coğrafiyasını vurğulayaraq, yeni təkər dəsti üçün buraxılışdan etibarən qış təkərləri də mövcuddur.
"Black Badge Spectre, güc və qətiyyətin ən parlaq ifadələrindən biridir. O, ən cəsur və iddialı müştərilərimizin obrazına uyğun olaraq, hər bir detalına diqqətlə yaradılıb. Black Badge Spectre yolculuğunun əvvəlindən, bu müstəsna avtomobilə sifariş verən müştərilər bizi öz ruhlarını bölüşməyə çağırdılar. Cavab olaraq, mühəndislərimiz məlumat təhlili, keyfiyyətli rəylər və brendin alter ego-su haqqında dərin biliklərini birləşdirərək, güclü və güzəştsiz bir xarakter, həm də tarixdəki ən güclü Rolls-Royce yaratdılar. Black Badge-in xarakterini əks etdirərək, dizaynerlərimiz və ustalarımız ən cəsarətli və provokativ baxışlarını parlaq detallar və müasir incəliklə ifadə etdilər. Nəticə – Black Badge Spectre: bizim brendimizin alter eqosu, dəfələrlə gücləndirilmiş formada", - Rolls-Royce Motor Cars-ın Baş Direktoru Kris Braunric.
Black Badge Spectre-in yaradılması, müştərilərin rəyləri və onların idarəetmə tərzlərinin diqqətlə təhlili ilə dəstəklənən, güzəştsiz Black Badge xarakterini mühəndislik həllində necə təcəssüm etdirmək barədə dərin bir anlayışla başladı. Dünyanın hər yerindəki Black Badge sahibləri mütəxəssislərimizə anonimləşdirilmiş məlumatlarına çıxış imkanı verdilər. Bu isə, müştərilərimizin avtomobillərindən necə istifadə etdiklərinə mükəmməl uyğun gələn və təsdiq edilmiş yeni idarəetmə təcrübəsi yaratmağımıza imkan verdi. Daxili işlənmə mərhələsindən sonra, bu avtomobili mümkün qədər erkən əldə etmək istəyən bir qrup müştəri üçün məhdud sayda "gizli" Black Badge Spectre istehsal edildi. Onlar mühəndislik yanaşmamızı yekdilliklə dəstəklədilər və Rolls-Royce ilə müştəriləri arasındakı güclü əlaqəni bir daha vurğuladılar.


