Naxçıvanda sənaye məhsulu istehsalı 4,5 faiz artıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 37,79 milyon manatlıq sənaye məhsulu istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisini 4,5 faiz üstələyir.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, sənaye məhsulunun 29,06 milyon manatı və ya 76,9 faizi malların, 8,73 milyon manatı və ya 23,1 faizi isə xidmətlərin payına düşüb.
Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 73,2 faizi emal, 25,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.


