AQTA-da quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş olub

Hit: 341
AQTA-da quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş olub
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikada fəaliyyət göstərən quşçuluq təsərrüfatlarının nümayəndələri ilə görüş keçirilib.
 
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Faktor.az-a bildirilib ki, görüşdə son illər dünyada yüksək patogen quş qripi xəstəliyi üzrə epizootoloji vəziyyətin gərgin olması barədə məlumat verilib. Quş qripinin qeydə alındığı bölgələr tədbir iştirakçılarının bir daha diqqətinə çatdırılıb və həmin xəstəliyə qarşı mübarizə tədbirləri, həmçinin idxala dair nəzarət və tənzimləmə məsələləri müzakirə olunub.
 
Görüşün yekununda xəstəliyə şübhəli hal olduğu təqdirdə Agentliyə və ya yerli baytarlıq idarələrinə məlumat verilməsinin vacibliyi nəzərə çatdırılıb, iştirakçıların sualları cavablandırılıb.








Redaktorun seçimi