Biləsuvarda yeni tikiş fabriki fəaliyyətə başlayıb

Hit: 387
Biləsuvarda yeni tikiş fabriki fəaliyyətə başlayıb
Biləsuvarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA tərəfindən dəstəklənən yeni tikiş fabriki fəaliyyətə başlayıb. Bu mühüm tədbir, bölgədə sənayenin inkişafını və iş yerlərinin yaradılmasını hədəfləyir.
 
Fabrikin açılışında iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov müəssisənin kollektivinə uğurlar arzulayaraq burada çalışacaq insanların işlə təmin olunacağının önəmini vurğulayıb. 
 
Qeyd edək ki, bu layihə, KOBİA-nın yerli bizneslərə göstərdiyi dəstəyin nümunəsidir. Müəssisə  təqribən 900-1000 m²-lik istehsalat sahəsinə malik olmaqla burada ilk vaxtlar 15-25 nəfərlik işçi heyəti fəaliyyət göstərəcək. Gələcəkdə fabrikdə  işçi sayının 70-80 nəfərə qədər artırılması gözlənilir. 
 
Tikiş sexində istehsalat ərazisi ilə yanaşı mətbəx, ofis və anbar kimi müxtəlif infrastruktur sahələri də mövcuddur. 
İcra başçısı tikiş fabrikinin istehsal prosesi ilə tanış olub, kollektivlə xatirə şəkli çəkdirib.








Redaktorun seçimi