Azərbaycanda qida məhsullarının istehsalı 10 faizdən çox artıb

2024-cü ildə Azərbaycanda 4 637,4 milyon manatlıq qida məhsulları istehsal olunub ki, bu, əvvəlki illə müqayisədə 10,5 faiz artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ən yüksək artım templəri makaron məmulatları (+62,9 faiz), qaymaq, xama (+9,5 faiz) və marqarinin (+8,7 faiz) istehsalında qeydə alınıb.
Qida məhsullarının növləri üzrə istehsal:
- Kolbasa məmulatları – 32 039,3 ton (+6,6)
- Meyvə şirələri – 4 457,7 min dkl (-7,6 faiz)
- Meyvə-tərəvəz konservləri – 176 224,9 ton (-5,2 faiz)
- Duru bitki yağları – 42 791,0 ton (+4,5 faiz)
- Marqarin – 51 063,8 ton (+8,7 faiz)
- Qaymaq, xama – 9 906,1 ton (+9,5 faiz)
- Kərə yağı – 29 064,2 ton (+7,9 faiz)
- Pendir və kəsmik – 55 099,1 ton (+0,2 faiz)
- Unlu qənnadı məmulatlar – 72 752,3 ton (+2,2 faiz)
- Makaron məmulatları – 8 233,6 faiz (+62,9 faiz)
- Şəkər, qənd – 298,3 min ton (+3,9 faiz)
- Şəkərli qənnadı məmulatları – 9 427,5 ton (9,6 faiz)


