Geyim istehsalında 24 faizdən çox artım var

Hit: 294
Geyim istehsalında 24 faizdən çox artım var
2024-cü ildə Azərbaycanda 152,4 milyon manatlıq geyim istehsal olunub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 24,7 faiz çoxdur.
 
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, il ərzində 920,7 min ədəd (+34,8 faiz) üst geyimi, 3,216 milyon ədəd (+42,3 faiz) istehsalat və peşə komplektləri, 1 771,6 min ədəd (+88,3 faiz) alt geyimi, 5 509,7 min ədəd (-19,9 faiz) sair geyim və 3 837,6 min cüt (-9,1 faiz) corab istehsal olunub.
 
Eyni zamanda, hesabat dövrü ərzində ölkədə 64,5 min kvadratmetr (+0,6 faiz) emal edilmiş dəri və 1 041,4 min cüt (+38,9 faiz) ayaqqabı istehsal olunub. Ayaqqabılar, dəri və dəridən məmulatların istehsalı dəyər ifadəsində 9,3 faiz artaraq 43,6 milyon manata çatıb.
 
Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində ümumilikdə 551,4 milyon manat dəyərində məhsul istehsal edilib.








Redaktorun seçimi