PAŞA Holding-in dəstəyi ilə tədbir keçirilib

Hit: 1427
PAŞA Holding-in dəstəyi ilə tədbir keçirilib
PAŞA Holding-in dəstəyi ilə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Əmək və Əhalinin Sosiyal Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İnkişaf Korporasiyası və Milli Təhsil Texnologiya Mərkəzinin birgə tərəfdaşlığı ilə “Qarabağ KOB-ları” layihəsinin 2024 ildə icrasına dair tədbir təşkil olunub.
 
Tədbirdə PAŞA Holding-in Aparat rəhbəri Dəyanət Sədullayev da iştirak edib. Öz çıxışı zamanı, Dəyanət bəy sözügedən layihə barədə təəssüratlarını və fikirlərini bölüşüb.
Qeyd edək ki, “Qarabağ KOB-ları” layihəsi çərçivəsində 2024-cü ildə şəhid ailələrinin, qazilərin, və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılmasına, məşğulluğunun təmin edilməsinə dəstək məqsədi ilə 70 KOB subyekti yaradılıb.
 
Xatırlatmaq istərdik ki, Vətən Müharibəsində iştirak edən şəxslərə dəstək PAŞA Holding-in fəaliyyətində yer alan önəmli istiqamətlərdəndir ki, hal-hazırda PAŞA Holding tərəfindən digər layihələr də keçirilir. Bu layihələrdən biri - “Vətən əmanətlərin keşiyindədir” proqramıdır. Cari proqram çərçivəsində 44 günlük Vətən Müharibəsi, eləcə də antiterror əməliyyatları zamanı şəhid olan qəhrəmanların 18 yaşadək olan övladları müəyyən bayram günləri münasibəti ilə bayram paketləri, təhsil paketi və sığorta paketi ilə təmin edilir.








Redaktorun seçimi