Gömrük Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anım günüdür.
Dekabrın 12-də paytaxt sakinləri, dövlət və özəl qurumların, ictimai-siyasi təşkilatların nümayəndələri ilə yanaşı, Dövlət Gömrük Komitəsinin kollektivi də Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət ediblər.
Gömrükçülər dahi rəhbərin xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər.