ADRA-da Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib
Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyində 8 noyabr - Zəfər Günü və 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.
Vətən müharibəsində iştirak etmiş Agentlik əməkdaşlarının iştirakı ilə keçirilən tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Tədbiri giriş sözü ilə açan Agentliyin İdarə Heyətinin sədri Fərhad Adıgözəlov zəfər tariximizdən və Dövlət Bayrağı Gününün xalqımız üçün əhəmiyyətindən danışıb.
O Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış qələbədə igidlərimizin şücaətini xüsusi vurğulayıb. Agentliyin Aparatının rəhbəri Nahid Qasımov bu zəfərin güclü Azərbaycan dövlətinin hərbi qüdrətini və xalqımızın qələbə əzmini bütün dünyaya nümayiş etdirdiyini qeyd edib. Vətən müharibəsi iştirakçıları isə dövlətin onlara qayğısından danışıb, hər zaman torpaqlarımızın müdafiəsinə hazır olduqlarını bildiriblər. Tədbir 44 günlük Vətən müharibəsinə həsr olunan sənədli filmin nümayişi ilə başa çatıb.