"Yelo Mobil POS" ilə "Visa" kartlarından ödənişlərinizi komissiyasız qəbul edin!
"Yelo Bank" ASC bir neçə ay öncə sahibkarlar üçün innovativ həll təqdim edib - "Yelo Mobil POS". Bu xidmət sayəsində sahibkarlar ənənəvi POS-terminal olmadan ödənişləri smartfon vasitəsilə qəbul edə bilirlər. İndi isə sahibkarlar "Yelo Mobil POS" ilə "Visa" kartlarından qəbul edilmiş ödənişlərə görə komissiya ödəməyəcəklər!
Noyabrın 5-dən start götürən kampaniya həmin tarixdən "Yelo Mobile Pos" xidmətinə yeni qoşulan müştərilərə və yalnız "Visa" kartı ilə qəbul edilən ödənişlərə şamil olunur. Üstəlik xidmətə yeni qoşulan sahibkarlara "Visa" biznes kartı hədiyyə edilir. Yelo Mobil POS hansı üstünlüklərə malikdir?
Mobil POS-a qoşulmaq üçün xidmət haqqı və dövriyyə tələbi yoxdur;
Smartfonla istənilən yerdə, istənilən zaman əlavə cihaz olmadan nağdsız ödənişləri qəbul etmək mümkündür;
Elektron pul kisəsi ilə ödənişlər çevik və rahat qəbul edilir;
Bütün əməliyyatlar Visa-nın təhlükəsizlik tələblərinə uyğun olaraq etibarlı şəkildə qorunur.
"Yelo Bank"da cari hesabı olan sahibkarlar "Mobil POS" xidmətinə tamamilə onlayn qaydada qoşula bilər. Kampaniya 31 yanvar 2025-ci il tarixinə qədər qüvvədədir. "Yelo Mobil POS"u elə indi sifariş edin, ödənişləri smartfonunuzla qəbul etməyə başlayın: https://bit.ly/moblpos
Bank xidmətləri (https://www.yelo.az/az/business/business-services/mobil-pos/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo Bank" – Parlaq bankçılıq