Dövlət Komitəsi ilə Kapital Bank arasında - ƏMƏKDAŞLIQ! - FOTOLAR

Hit: 1190
Dövlət Komitəsi ilə Kapital Bank arasında - ƏMƏKDAŞLIQ! - FOTOLAR
Qızların təhsilə cəlb olunmasını və inkişafını dəstəkləyən növbəti anlaşma memorandumu imzalanıb
 
“Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində növbəti anlaşma memorandumu 30 oktyabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti arasında imzalanıb. 
 
Qızların təhsil imkanlarını artırmaq və onların gələcək inkişafına dəstək olmaq məqsədi daşıyan memorandumu “Kapital Bank”-ın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.
 
İmzalanma mərasimindən öncə çıxış edən “Kapital Bank”-ın İdarə Heyətinin sədri, baş icraçı direktor Fərid Hüseynov qızlarımızın daha güclü, müstəqil fərdlər kimi formalaşması istiqamətində həyata keçirilən layihələrdə Komitə ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Həyata keçirilən təhsil layihələrindən danışan F.Hüseynov, Bankın təhsilə dəstək verərək bazarda ixtisaslı və peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini vurğulayıb. 
 
Dövlət Komitəsinin sədri Bahar Muradova, qızlarımızın təhsildə inkişaf etməsinin, eləcə də qeyri-ənənəvi sahələrdə yer almasının önəmini qeyd edib.  B. Muradova Dövlət Komitəsinin həyata keçirdiyi sosial layihələrin çərçivəsinin getdikcə genişləndiyini, müvafiq dövlət orqanları, biznes qurumları, beynəlxalq, eləcə də qeyri-hökümət təşkilatları ilə intensiv əməkdaşlığın aparıldığını diqqətə çatdırıb. 2021-ci ildən başlayan “Gənc Qızların Təhsilinə Dəstək” layihəsinin ictimaiyyət arasında xüsusi maraq doğurduğunu və geniş vüsət aldığını qeyd edən B.Muradova, layihənin tərəfdaşları ilə yanaşı, təqaüdçü qızların sayının ildən-ilə artdığını bildirib. 
 
Məlumat üçün bildirək ki, Bankla əməkdaşlıq çərçivəsində ilk təqaüd proqramı “Arzumuz var” sloqanı ilə həyata keçiriləcək. Təqaüd proqramının ilk mərhələsində Bakı şəhəri və regionlardan olan 15 nəfər abituriyentə dəstək göstəriləcək.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi