Mətbuat prospektində aparılan təmir işləri başa çatıb

Hit: 305
Mətbuat prospektində aparılan təmir işləri başa çatıb
Bakı şəhəri, Mətbuat prospektində aparılan təmir işləri yekunlaşıb.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Faktor.az-a bildirilib ki, aparılan işlər çərçivəsində ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ardınca “İnşaat Norma və Qaydaları”na əsasən lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
 
Sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, həmçinin avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılıb.








Redaktorun seçimi