Sürücü Yanqo lotereyasında avtomobil uddu!

Hit: 1013
Sürücü Yanqo lotereyasında avtomobil uddu!
“Yango” əsas mükafatın BYD QIN Plus avtomobili olduğu lotereyanın qalibini elan etdi. Onun sahibi “Yango”nun tərəfdaş sürücüsü  Rasim Zeynalovun olub.
 
Lotereya kampaniyası 2024-cü il iyulun 15-dən sentyabrın 22-dək rəsmi təşkilatçı qismində çıxış edən marketinq agentliyi ilə birlikdə baş tutub. 
 
Yango tərəfdaş sürücüləri hər 30 tamamlanmış sifariş üçün kupon əldə edirdilər. Hər bir kupon yanacaq kartları, smartfonlar və yeni avtomobilin daxil olduğu lotereya udmaq şansını artırırdı. Final uduş sentyabrın 22-də keçirilib.
 
2023-cü ilin mart ayından Yango”da tərəfdaş sürücü kimi işləyən Rasim Zeynalov bu kampaniyanın bir hissəsi olduğu üçün sevincli olduğunu dilə gətirərək, qeyd edib:
 
“Maşını qazandığımı biləndə buna inana bilmədim. Bu, böyük uğurdur və bu fürsət üçün “Yango”ya təşəkkür edirəm”!
 
Onu da bildirək ki, R. Zeynalov bir il yarım ərzində o, 4.91 bal toplyaraq özünü məsuliyyətli və aktiv sürücü kimi təsdiq etdi.
 
Lotereyada yalnız yüksək xidmət standartlarına cavab verən sürücülər iştirak edə bilərdi. İştirakçılar bütün təşviqat dövrü ərzində ən azı 4,7 reytinqə malik olmalı idilər. Qaliblər buraxılmış kuponlar əsasında təsadüfi seçilmiş nömrələr vasitəsilə müəyyən edilib.
 
Həftəlik tirajların nəticələri Yango Pro proqramında və şirkətin sosial media səhifələrində elan edilib.
 
Lotereya təşkilatçıları uduşları təqdim etmək üçün tiraj tarixindən sonra 90 gün ərzində qaliblərlə əlaqə saxlayacaq. Daha ətraflı məlumat üçün qaliblər proqramdakı dəstək çatı ilə əlaqə saxlaya bilərlər.
 








Redaktorun seçimi