İki böyük şirkət birgə idman layihəsinə start verdi

Azərbaycanın iki nüfuzlu biznes subyekti olan Veysəloğlu Şirkətlər Qrupu və Avrora Group artıq Milli Aviasiya Akademiyasının qadınlardan ibarət voleybol klubunun ortaq sahibləri kimi fəaliyyət göstərəcəklər.
30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət layihələri çərçivəsində daima idman və sağlamlığa böyük önəm verir.


