Trendyol “Turan E-ticarət E-ixracat” Forumunun Baş Sponsoru oldu

Hit: 1974
Trendyol “Turan E-ticarət E-ixracat” Forumunun Baş Sponsoru oldu
Türkiyənin və dünyanın ən məşhur e-ticarət platformalarından biri olan Trendyol, 26 noyabr 2024- cü ildə Bakıda keçiriləcək Turan E-ticarət E-ixracat forumunun baş sponsoru kimi çıxış edəcək. 
 
Forum, Azərbaycan Françayzinq Assosiasiyası və Founder Club-un təşkilatçılığı ilə baş tutacaq və “Made in Turan” brendi ilə rəsmi tərəfdaşlıq çərçivəsində keçiriləcək.
Trendyol-un bu tədbirə baş sponsorluq etməsi, onun regionda e-ticarət və ixracat sektorunun  inkişafına verdiyi dəstəyin bariz nümunəsidir. Forumun əsas məqsədi, Türk Dünyasında e-ticarət  və ixracat sahələrinin inkişafı, yeni bazarlara çıxış və rəqəmsal transformasiya mövzularında fikir  mübadiləsi aparmaqdır.
 
Trendyol-un iştirakı sayəsində forumda qlobal e-ticarət təcrübələri ilə yerli bazarın xüsusiyyətləri  arasında daha güclü bir əlaqə qurulacaq. Bu addım, e-ticarət sahəsində fəaliyyət göstərən  sahibkarlara beynəlxalq təcrübələrdən faydalanmaq və öz bizneslərini qlobal səviyyədə inkişaf  etdirmək imkanı yaradacaq.
 
Forum çərçivəsində, Trendyol nümayəndələri rəqəmsal ticarət, logistika, marketplace sistemləri və digər innovativ həllər haqqında təqdimatlar edəcək, həmçinin Azərbaycan və digər Türk dövlətləri  ilə əməkdaşlıq perspektivlərini müzakirə edəcəklər. Bu, regionda e-ticarət və e-ixracatın inkişafına  mühüm töhfə vermək üçün vacib bir platforma olacaq.
 
“Turan E-ticarət E-ixracat” forumunun yüksək səviyyəli tədbir olacağı və beynəlxalq e-ticarət  mühitində yeni əməkdaşlıq və inkişaf imkanları yaradacağı gözlənilir








Redaktorun seçimi