Xarici ticarət iştirakçıları ilə görüş keçirilib
Şərqi Zəngəzur Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib.
Görüş gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində tətbiq edilən yeniliklər barədə sahibkarların məlumatlandırılması, onların təklif və rəylərinin öyrənilməsi məqsədilə təşkil edilib.
Gömrük sistemində rəqəmsallaşmanın genişləndirilməsi məqsədilə atılan addımlar, tətbiq edilən layihələrdən bəhs olunaraq bildirilib ki, məqsəd elektron həllər hesabına əməliyyatların asan və sürətli şəkildə həyata keçirilməsi, vətəndaş-məmur təmasının minimuma endirilməsi, könüllü riaəyət prinsipinin təşviq olunmasıdır.
Görüşdə, həmçinin işğaldan azad edilən ərazilərdəki fəaliyyət sahələrinə dövlət tərəfindən tətbiq edilən gömrük güzəştləri barədə məlumat verilib, sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.