AMB: "Yaşıl taksanomiya"nın hazırlanması yekun mərhələdədir
Azərbaycanda maliyyə sektoru üzrə "Yaşıl taksanomiya"nın hazırlanması yekun mərhələdədir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Dayanıqlı Maliyyə şöbəsinin aparıcı iqtisadçısı Kənan Məmmədov bildirib.
"Taksanomiyanın hazırlanmasına yerli və xarici ekspertlər, eləcə də aidiyyəti dövlət qurumlarının nümayəndələri cəlb edilib. Hazırda sənədi bankların və sektorun digər üzlərinin necə tətbiq edə biləcəyi araşdırılır. Calışırıq ki, taksanomiya daha anlaşılan və praktik olsun. Bu səbəbdən də "fedback" bizim üçün önəmlidir. "Yaşıl taksanomiya" növbəti aylarda ictimaiyyətə təqdim ediləcək", - deyə o qeyd edib.